Qəbələdə 10 yaşlı qız dəm qazından boğulub ÖLDÜ

Qəbələdə 10 yaşlı qız dəm qazından boğulub ÖLDÜ
Qəbələ rayonunda yeniyetmə qız dəm qazından zəhərlənib.
Rayonun Zarağan kəndində yerləşən fərdi yaşayış evində 2012-ci il təvəllüdlü Aylin Rüstəmova dəm qazından zəhərlənərək ölüb.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, rayon polis şöbəsi, eləcə də prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.
İlkin ehtimala görə, hadisə azyaşlı vanna otağında olarkən dəm qazından zəhərlənməsi səbəbindən baş verib.
Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org