Ana və iki körpəsi dəm qazından zəhərləndilər

Ana və iki körpəsi dəm qazından zəhərləndilər
Qazaxda zəhərlənmə faktı qeydə alınıb. 
Hadisə rayonun Qarapapaq kəndində baş verib.
Kənd sakini 1995-ci il təvəllüdlü Türkan Yusifova, onun övladları 2018-ci il təvəllüdlü Damla Yusifova və 2019-cu il təvəllüdlü Yusif Yusifov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Dərhal xəstələrə yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, onlar yaşadıqları evin qonaq otağında dəm qazından zəhərləniblər.
Gundelik-Baku.Org