“Qanuni oğru“ “Toppuş bacı“ya pul göndərdi

“Qanuni oğru“ “Toppuş bacı“ya pul göndərdi
Xərçənglə mübarizə aparan əməkdar artist Tünzalə Əliyevanın ("Toppuş bacı") müalicəsinə kömək məqsədilə azərbaycanlı "qanuni oğru" Ülfət Tağıyev ("Rufo Gəncinski") 10 min ABŞ dolları göndərib.
Yenisabah.az BAKU.WS-ə istinadla xəbər verir ki, bunu tanınmış aşıq Namiq Fərhadoğlu (Namiq Hüseynov) bildirib.
O qeyd edib ki, Tünzalə Əliyeva ilə bağlı canlı yayımda edilən paylaşımdan sonra müalicəsi üçün 10 min dollar yardım edilib.
Gundelik-Baku.Org