İranda azərbaycanlı bacı-qardaşa şallaq cəzası

İranda azərbaycanlı bacı-qardaşa şallaq cəzası
Artıq 3 aydan çoxdur ki, molla rejiminə qarşı etiraz aksiyaları davam edir.
"MOUZE" teleqram kanalı xəbər verir ki, İran məhkəməsi azərbaycanlı bacı-qardaşa şallaq cəzası verib.
Molla rejimi Zəncanın Hidac şəhərindən olan azərbaycanlı bacı və qardaş Səmanə və Mehdi Dadgəri həbs, şallaq və nağd pul cəzasına məhkum edib.
Səmanə Dadgər rejimin Əbhər şəhərindəki İnqilab Məhkəməsində “ölkənin təhlükəsizliyinə zidd fəaliyyət göstərmək üçün toplaşmaq və əlbir olmaq” ittihamı ilə 5 il şərti həbs cəzasına məhkum edilib. Cəza Məhkəməsində ikinci iş üzrə keçirilən iclasda isə Səmanə barəsində oxunan hökmə əsasən, o, 4 ay həbs əvəzinə 74 şallaq zərbəsi alacaq və 3 milyon tümən məbləğində pul ödəyəcək.
Səmanənin qardaşı Mehdi Dadgər isə ümumilikdə 23 ay həbs cəzasına məhkum edilib. Həbs müddətinin 15 ayı “inqilabın qurucusu və liderini təhqir etmək” maddəsi ilə, 8 ayı isə “rejimə qarşı təbliğat aparmaq” maddəsi ilə verilib.
Gundelik-Baku.Org