Sinanın tanımadığı bacı-qardaşı var imiş

Sinanın tanımadığı bacı-qardaşı var imiş
Müğənni Sinan Akçıl ailəsiylə bağlı açıqlamasıyla diqqət çəkib.
Sənətçi verilişlərin birində qonaq olarkən, tanımadığı bacı-qardaşının illər sonra ortaya çıxdığını etiraf edib.
“2 uşaq idik, 6 olduq. Atamın Almaniyada xəbərimiz olmadan dünyaya gələn qızı gəlib bizi tapdı, 3 olduq. O bizə dedi ki, Venesiyada qardaşımız var, şəkillərini göstərdi, 4 olduq. Sonra atamın 78 yaşı olanda müalicəylə əkizləri dünyaya gəldi, 6 olduq. Yəni əslində mənim tanımadığım bacı-qardaşım varmış”, - deyə, Sinan qeyd edib.

Gundelik-Baku.Org