Tünzaləyə “ağıllı dərman”ın ilk iynəsi vuruldu

Tünzaləyə “ağıllı dərman”ın ilk iynəsi vuruldu
Beynində şiş aşkarlanan Əməkdar artist Tünzalə Əliyevaya “ağıllı dərman” adlanan preparatın ilk iynəsi vurulub.
Bu haqda aktrisa “Bizimləsən” verilişinə video bağlantı ilə qoşularaq məlumat verib.
Əliyeva ailəsinin iynənin vurulmasından xəbərsiz olduğunu qeyd edib:
“Biraz başım hərlənir və ürəkbulanmalarım var. Həkim bu halda məni evə buraxmadı. Bir neçə gün burada qalacağam. Tibb bacısı həmin dərmanı dolduranda o qədər həyacan keçirirdim. Həkimlər yanımda idilər. Onlar bu dərmanın mənə necə təsir edəcəyini gözləyirdilər. Həyəcandan həkimlərə iynə ilə bağlı o qədər suallar verirdim ki...”.
Xatırladaq ki, Tünzalə üçün “ağıllı dərman” preparatlarının bir hissəsini aparıcı Zaur Baxşəliyev alıb. İynələr 21 gündən bir vurulmalıdır.

Gundelik-Baku.Org