“Hökumət buludu”na keçəcək qurumların sayı artıb

“Hökumət buludu”na keçəcək qurumların sayı artıb
Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin informasiya ehtiyatları mərhələli şəkildə “Hökumət buludu”na keçəcək.
Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib.
Bununla da informasiya sistemləri və ehtiyatları “Hökumət buludu”na mərhələli keçəcək qurumların sayı 93-ə çatıb.
Gundelik-Baku.Org