Britaniyanın yeni baş naziri: “Ölkəmiz dərin iqtisadi böhranla üz-üzədir” - VİDEO

Britaniyanın yeni baş naziri: “Ölkəmiz dərin iqtisadi böhranla üz-üzədir” - VİDEO
Böyük Britaniyaya yenicə təyin olunmuş Baş nazir Rişi Sunak ölkəsinin iqtisadi böhran yaşadığını bildirib.
“Hazırda ölkəmiz dərin iqtisadi böhranla üz-üzədir”, - deyə Sunak Baş nazir kimi təsdiqləndikdən sonra xalqa müraciətində qeyd edib.
O vurğulayıb ki, Ukraynadakı böhran enerji bazarlarında sabitliyi və təchizat zəncirlərini pozub:
“İqtisadi sabitlik və etimad hökumət üçün ön planda olacaq. Bu o deməkdir ki, çətin qərarlar qəbul edilməlidir”. 

Mənbə: Sky News
Gundelik-Baku.Org