İranda etirazlarda öldürülənlərin sayı: ŞOK STATİSTİKA

İranda etirazlarda öldürülənlərin sayı: ŞOK STATİSTİKA
İranda bu günədək 448 etirazçı öldürülüb.
"MOUZE" teleqram kanalı xəbər verir ki, İranın Hüquq Müdafiəçiləri Qrupu noyabrın 25-i axşam saatlarına olan məlumatında hökumət məmurları tərəfindən qətlə yetirilən etirazçıların sayını açıqlayıb.
İran İnsan Haqları Təşkilatının hesabatına görə, sentyabrın 17-dən noyabrın 24-dək davam edən etiraz nümayişləri zamanı 63-ü uşaq olmaqla 448 nəfər hökumət qüvvələri tərəfindən öldürülüb.
Bununla yanaşı, məlumatda 18170 nəfərin saxlanıldığı, onlardan 3312-nin kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi və bunlardan 565 nəfərinin tələbə olduğu qeyd edilib.
Habelə bu müddət ərzində 156 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər keçirib və 143 universitetin tələbələri etirazlara dəstək veriblər.
Gundelik-Baku.Org