Nazirliyin xidməti avtomobillərinin sayı üç dəfədən çox azaldıldı

Nazirliyin xidməti avtomobillərinin sayı üç dəfədən çox azaldıldı
Energetika Nazirliyinin xidməti minik avtomobillərinin say həddi azaldılıb.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, nazirliyin xidməti minik avtomobillərinin sayı 30-dan 9-a endirilib. Həmin avtomobillər isə yalnız nazirliyin aparatının istifadəsində olacaq.
Beləliklə, nazirliyin yanında olan orqanlar üzrə və ərazi və yerli bölmələr üzrə xidməti minik avtomobillərindən istifadə ləğv edilib.
Gundelik-Baku.Org