Şuşa-Xankəndi yolunda etiraz aksiyası: Azərbaycan himni səsləndirildi - CANLI

Şuşa-Xankəndi yolunda etiraz aksiyası: Azərbaycan himni səsləndirildi - CANLI
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası keçirən azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Azərbaycan himnini səsləndiriblər.
Həmin görüntüləri təqdim edirik:
  
14:28
Rusiya sülhməramlıları azərbaycanlıların etiraz aksiyası keçirdiyi əraziyə əlavə texnika cəlb ediblər.
Bölgəyə kran və bir neçə yük maşını gətirilib. Hələlik, texnikanın hansı məqsədlə gətirildiyi bəlli deyil. 
14:20
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvlərinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası davam edir. 
Onlar Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.
Son məlumatlara görə, A.Volkov hadisə yerinə gəlmək üzrədir.

12:51
Xankəndi-Şuşa yolunda azərbaycanlı ekofəalların qarşısını kəsən Rusiya sülhməramlılarının iriçaplı silahları yığışdırılıb. 
Ekofəalların etirazlarından sonra pulemyotlar sülhməramlı hərbçilərin üzərindən götürülüb.
12:31
Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin tərkibində milliyətcə erməni olanlar da xidmət edirlər. 
Oxu.az xəbər verir ki, bu iddialar bugünkü aksiyada öz təsdiqini tapıb. 
Aksiya iştirakçıları əsgərlərdən biri ilə erməni dilində danışıb.
 
Həmin hərbi qulluqçu isə onlara ermənicə cavab verib.
Azərbaycanlı fəallardan biri Ermənistanın baş naziri Nikol Paşinyana erməni dilində müraciət də edib və onu yalan danışmamağa çağırıb.

12:20
Hadisə yerində “Real” TV-nin əməkdaşı ilə rusiyalı hərbçi arasında gərginlik yaşanıb. 
Rusiyalı hərbçi jurnalistin peşə fəaliyyətinə maneə yaratmaq istəyib. 
Jurnalist isə ona “bura mənim torpağımdır” deyə cavab verib.
Həmin görüntüləri təqdim edirik:
  
12:12
Azərbaycanın ekoloji sahə üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının üzvləri Xankəndi-Şuşa yolunda etiraz aksiyası keçirirlər. Azərbaycanlı ekofəallar Azərbaycan ərazilərindəki sərvətləri qanunsuz istismar olunmasına etiraz edirlər.
Aksiya iştirakçıları sülhməramlıların komandanı Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər. 
Andrey Volkov hələ də əraziyə gəlməyib, onun əvəzinə etiraz edən azərbaycanlıların qarşısına çıxan polkovnikin isə sərxoş olduğu üzə çıxıb. 
Aksiya iştirakçıları ondan alkoqol qoxusunun gəldiyini də bildiriblər. 
12:06
Rusiya sülhməramlıları aksiya keçirilən əraziyə ağır texnika və iriçaplı silahlar gətirməyə davam edir. 
Rusiyalı hərbçilər əraziyə əlavə canlı qüvvə də cəlb edirlər.
  
***
Şuşada keçirilən aksiyada iştirak edən azərbaycanlı fəallar Qarabağdakı erməniləri onlara qoşulmağa dəvət ediblər.
“Report” xəbər verir ki, hazırda Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində keçirilən aksiya davam edir.
Xatırladaq ki, etirazçılar Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.
Aksiyanın keçirilməsində əsas məqsəd Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı monitorinq keçirilməsinə imkan yaratmağa nail olmaqdır.

***
Şuşa-Xankəndi yolunda azərbaycanlı ekofəalların aksiya keçirdiyi ərazilərə Azərbaycan hərbçiləri gəliblər.
Azərbaycan ordusunun hərbi qulluqçuları əraziyə gələrək azərbaycanlı etirazçıların təhlükəsizliyini qoruyurlar.
Həmin görüntüləri təqdim edirik: 
***
Bu gün Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələri aksiya keçirir.
Aksiyanın həyata keçirildiyi ərazidə olan Rusiya sülhməramlılarının hərbçilərinin sayı, o cümlədən texnikanın sayı artırılır. Belə ki, aksiya başlayanda hadisə yerində Rusiya sülhməramlılarına məxsus bir hərbi texnika xidmət aparırdısa, hazırda onların sayı üçdür.
Bir saatdan çoxdur davam edən aksiyada etirazçılar Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər. Onlar QHT nümayəndələri və aktivistlər Qarabağ iqtisadi rayonunda həyata keçirilən ekoloji terrorun dayandırılmasını tələb edirlər.
  
***
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirirlər.
“Report” xəbər verir ki, etirazçılar yolu kəsərək Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

 
yıb.


Gundelik-Baku.Org