Yunanıstanda qatarlar toqquşdu - 32 ölü, 85 yaralı

Yunanıstanda qatarlar toqquşdu - 32 ölü, 85 yaralı
Yunanıstanda sərnişin qatarı ilə yük qatarı toqquşub. 
Bu barədə Yunanıstanın yanğınsöndürmə xidmətinin sözçüsü Vassilis Vatrakoyannisin sözlərinə görə, hadisə nəticəsində 32 nəfər ölüb, 85 nəfər isə yaralanıb. 
Hadisə yerində 150 yanğınsöndürən, 30-dan çox polis əməkdaşı, 40 təcili tibbi yardım maşını cəlb olunub.
Hazırda hadisənin səbəbləri araşdırılır.
Gundelik-Baku.Org