Təcili yardım maşınları hava şəraitinə uyğunlaşdırılıb

Təcili yardım maşınları hava şəraitinə uyğunlaşdırılıb
Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, eləcə də 113 Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejiminə keçib.
TƏBİB-dən verilən məlumata görə, sürüşkən buzlu yollarda rahat hərəkət məqsədilə avtomobillərə zəncirlər paylanılıb.
Bakı şəhərindəki relyefi çətin ərazilərdə xidmət göstərmək üçün 6 ədəd sanitar avtomobil ( 2- Pajero, 2-UAZ, 2 ədəd- 4•4 Mersedes VİTO) hazır vəziyyətə gətirilib.
Eyni zamanda digər sanitar avtomobillərin də texniki vəziyyəti çətin hava şəraitində xidmət göstərmək üçün uyğunlaşdırılıb.
Gundelik-Baku.Org