Martın 3-də 8 ballıq zəlzələ - Proqnoz

Martın 3-də 8 ballıq zəlzələ - Proqnoz
Mart ayında Yer kürəsində yeni meqa zəlzələ baş verəcək.
“Rossiyskaya qazeta” xəbər verir ki, bunu Türkiyə və Suriyada dağıdıcı zəlzələləri proqnozlaşdıran hollandiyalı seysmoloq Frank Huqerbits deyib.
Alimin çalışdığı Günəş Sistemi Həndəsə Tədqiqatının (SSGEOS) elmi institutunun hesabatında deyilir ki, martın 2 və 5-də planetlərin yaxınlaşması çox böyük seysmik aktivliyə səbəb ola bilər.
2023-cü il martın 3-dən martın 7-dək silsilə zəlzələlər baş verə bilər.
Yeraltı təkanların maqnitudası 8,5 və daha yüksək ola bilər.
İnstitut, həmçinin "qırmızı" adlandırılan zonaya düşən regionları da adlandırıb: Yaponiyanın cənubu, İndoneziya, Pakistan, Yunanıstan, Portuqaliya və Şimali Amerikanın bir hissəsi.
Rusiya da bu siyahıdadır. Frank Hugerbits hesab edir ki, Kuril adalarında dağıdıcı zəlzələ baş verə bilər.
Gundelik-Baku.Org