Yunanıstanda daha dəhşətli zəlzələ olacaq - Proqnoz

Yunanıstanda daha dəhşətli zəlzələ olacaq - Proqnoz
Yunanıstanda Rixter cədvəli üzrə 8,5 bal gücündə zəlzələ olacaq.
"MEGA" xəbər verir ki, Konstantinos Sinolakis və Kostas Papazakos Türkiyə və Suriyada baş verən silsilə zəlzələlərin şəraitini araşdırıblar.
Yerli telekanalın efirində Sinolakis bildirib ki, Yunanıstanı da güclü seysmik aktivlik gözləyə bilər.
O, Yunanıstanda güclü zəlzələlərin hər 600 ildə bir dəfə baş verdiyinə diqqət çəkib.
“Kritdə sonuncu güclü zəlzələ 1403-cü ildə baş verib və hesablamalarıma görə, belə zəlzələlər hər 600-800 ildən bir baş verir. Artıq Rixter şkalası üzrə təxminən 8,5 bal gücündə zəlzələnin astanasındayıq”, - deyə Sinolakis vurğulayıb.
Alimin sözlərini həmkarı, Salonikidəki Aristotel Universitetinin seysmologiya professoru Kostas Papazakos da təsdiqləyib. O, həmçinin Yunanıstanda baş verən zəlzələlərin dövriliyinə diqqət çəkib, lakin növbəti fəlakətin dəqiq vaxtını proqnozlaşdırmaq mümkün olmadığını açıqlayıb.
Hər iki alim razılaşıb ki, onların proqnozları proqnoz kimi qəbul edilməməlidir. Daha doğrusu, bu, əhalini mümkün problemlərə hazırlamağa vaxt tapması üçün hakimiyyətin diqqət etməli olduğu xəbərdarlıqdır.
Gundelik-Baku.Org