"Bu zəlzələ min ildə bir dəfə görünə bilər" - Yapon mütəxəssis

"Bu zəlzələ min ildə bir dəfə görünə bilər" - Yapon mütəxəssis
"Türkiyədə baş verən zəlzələ dünyanın ən böyük quru zəlzələlərindən biridir”.
Bunu Yaponiya Tohoku Universiteti Beynəlxalq Fəlakət Elmi Araşdırma İnstitutunun professoru Toda Şinji deyib. Onun sözlərinə görə, bu böyüklükdə zəlzələlər min ildə bir dəfə baş verə bilər.
Şinji onu da qeyd edib ki, Türkiyədə zəlzələnin episentri yerə çox yaxın olduğundan dağıntı bu qədər böyük olub.
"Bu, min ildə bir baş verəcək zəlzələdir. Yer qabığında geniş bir hərəkət meydana gəlir. Belə böyük bir qopma və yer qabığının hərəkəti ancaq min ildən sonra görünə bilər. Kahramanmaraşdakı zəlzələ 1995-ci ildə Yaponiyanın Kobe şəhərində baş verən Böyük Hanşin zəlzələsi 7,2 bal gücündə idi".
Gundelik-Baku.Org