Zəlzələ bölgəsində dəri xəstəlikləri artdı

Zəlzələ bölgəsində dəri xəstəlikləri artdı
Dağıdıcı zəlzələlərdən sağ çıxan Türkiyənin cənub-şərq bölgələrinin sakinlərindən stress və dəri xəstəlikləri ilə bağlı şikayətlər artıb.
"Yeni Şafak" xəbər verir ki, ekzema stressdən meydana gələ bilər. Ekzemanın bu növü dəridə qaşınma nəticəsində yaranan xəstəlik kimi tanınır.
Qadınlarda kişilərə nisbətən daha çox rast gəlinən stress ekzeması zamanla ciddi bir vəziyyətə çevrilə bilər.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər 9 saatlıq fasilə ilə baş verib. 
Gundelik-Baku.Org