Lukaşenko İrana gedəcək

Lukaşenko İrana gedəcək
Belarus prezidenti Aleksandr Lukaşenko martın ortalarında İrana səfər edəcək. 
"BELTA" agentliyi xəbər verir ki, Lukaşenko səfəri haqqında iranlı səfirlə görüşündə açıqlayıb.
"Bilirsiniz ki, yaxın vaxtlarda, martın ortalarında mən İran prezidentinin dəvəti ilə İrana səfər etməyi planlaşdırıram. Biz orada münasibətlərimizin vacib məsələlərini müzakirə edəcəyik. Bu, İranda bizim əlamətdar görüşümüz və danışıqlarımız olacaq ki, bu da bizim əməkdaşlığı daha yüksək səviyyəyə qaldıracaq”, - Belarus lideri qeyd edib. 
Gundelik-Baku.Org