Zəlzələni əvvəlcədən bilən mütəxəssisdən açıqlama

Zəlzələni əvvəlcədən bilən mütəxəssisdən açıqlama
Kahramanmaraşda böyük dağıntılara səbəb olan zəlzələdən 3 gün əvvəl sosial media hesabında paylaşım edən zəlzələ mütəxəssisi Frank Hoogerbeets yenidən diqqət çəkib. 
Fevralın 3-də tvitterdəki paylaşımında Türkiyədə zəlzələ olacağını deyən Frank bu hadisədən sonra daha da məşhurlaşıb. Hətta bəzi sosial media istifadəçiləri onu "zəlzələ peyğəmbəri" adını  veriblər. 
Lakin Frank Hoogerbeets susqunluğunu pozub: "Mən peyğəmbər deyiləm. Yer və planetlərin mövqeləri arasındakı əlaqələr üzərində çalışan bir tədqiqatçıyam, bunun üçün xüsusi proqram hazırlamışam". 
Gundelik-Baku.Org