Yaponiyada Fukusima sahillərində güclü zəlzələ olub

Yaponiyada Fukusima sahillərində güclü zəlzələ olub
Yaponiyanın Fukusima prefekturasının sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb.
Məlumatı Yaponiyanın Milli Meteorologiya Departamenti yayıb.
Zəlzələnin mənbəyi okeanın 60 kilometr dərinliyində olub.
İtkilər və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.
Xatırladaq ki, 2011-ci il martın 11-də Yaponiyada 9,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar nəticəsində “Fukusima – 1” AES-də qəza baş verib. Qəzadan sonra 160 min insan öz evlərini tərk etməli olub.
Mənbə: TASS
Gundelik-Baku.Org