Yaxın günlərdə üçtərəfli görüş baş tutacaq

Yaxın günlərdə üçtərəfli görüş baş tutacaq
Ötən gün – fevralın 22-də ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays mətbuat konfransı keçirib və jurnalistlərin suallarını cavablandırıb.
Jurnalistlərdən biri ABŞ dövlət katibi Entoni Blinkenin Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı sonuncu bəyanatının həqiqətə uyğun olmadığını bildirib:
“Katib Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı Münxendə sammit çağırıb. Siz oxuduğunuz bəyanatda dediniz ki, o, son bir neçə ayda iki tərəfin əldə etdiyi əhəmiyyətli irəliləyişləri qeyd edib. Bu, son bir neçə ayda gördüklərimizlə bir az ziddiyyət təşkil edir. Katib qəsdən həddən artıq optimist görünmək istəyirdi?”
Ned Prays jurnalistin sualını belə cavablandırıb:
“O, son bir neçə ayda gördüklərimizi əks etdirirdi. Bu, tərəflər arasında qarşılıqlı anlaşmanın nəticəsidir. Bu, ABŞ-la ikitərəfli, həmçinin üçtərəfli əməkdaşlığın, eyni zamanda Avropa İttifaqının diplomatiyasında gördüyü işlərin nəticəsidir.
Yaxın günlərdə Brüsseldə Aİ prezidenti Mişelin (Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel) ev sahibliyi etdiyi danışıqlarda tərəflər bir araya gələndə nələri görəcəyimizi ümid edirik.
Beləliklə, bu tərəqqinin davamını görəcəyimizə ümid edirik. Biz “Pollianniş” (qarşısıalınmaz nikbinlik və hər şeydə yaxşılıq tapmaq meyli ilə xarakterizə olunan) deyilik, lakin biz bu dialoqu, bu diplomatiyanı hərtərəfli həll yolunda mümkün olan hər şəkildə dəstəkləməyə davam edirik”.
Xatırladaq ki, fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas keçirilib.
Gundelik-Baku.Org