"Soçidə üçtərəfli görüş keçiriləcək" - Kreml

"Soçidə üçtərəfli görüş keçiriləcək" - Kreml
Oktyabrın 31-i Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü keçiriləcək.
Bu barədə məlumatı Kremlin Mətbuat xidməti yayıb.
Məlumata görə, liderlər görüş zamanı Qarabağla bağlı üçtərəfli razılaşmaların həyata keçirilməsini müzakirə edəcəklər.
Putin, həmçinin, Soçidə İlham Əliyev və Nikol Paşinyanla ikitərəfli görüşlər də keçirəcək.
Gundelik-Baku.Org