"Ermənistanın qeyri-konstruktiv mövqeyi irəliləyişlər əldə olunmasına mane olur" - Nazir

"Ermənistanın qeyri-konstruktiv mövqeyi irəliləyişlər əldə olunmasına mane olur" - Nazir
"Bu il Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası ilə bağlı danışıqlar keçirilib. Delimitasiya ilə bağlı da, həmçinin üç görüş keçirilib".
Bunu xarici işlər naziri Ceyhun Bayramov 2022-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, əldə olunmuş irəliləyişlər çox azdır: "Bunun da səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir".
Ermənistanın üçtərəfli Bəyanatın bir sıra öhdəliklərini pozduğunu diqqətə çatdıran Ceyhun Bayramov bildirib: “Ermənistan tərəfinin üçtərəfli Bəyanatda yer alan bir sıra öhdəlikləri hələ də yerinə yetirməməsi, qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan ərazilərində qalması, təbii sərvətlərimizin qanunsuz istismarı, üçüncü ölkə vətəndaşlarının qeyri-qanuni yolla Laçın dəhlizindən keçməsi, mina problemi barədə məlumatlar beynəlxalq təşkilatlara çatdırılır”.
Gundelik-Baku.Org