Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri strateji xarakter kəsb edir

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri strateji xarakter kəsb edir
Dekabr ayının 14-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti, Türkiyə Respublikasının Prezidenti və Türkmənistanın dövlət başçılarının iştirakı ilə 1-ci 3 tərəfli sammit keçirildi. 
Milli Məclisin deputatı Elman Nəirov onu da bildirib ki, bu sammit türkdilli dövlətlərin bundan sonrakı əlavə inkişafı nöqteyi nəzərən olduqca uğurlu bir platformadır və ilk belə bir görüşün keçirilməsi nəticə etibarı ilə 3 qardaş xalq arasında münasibətlərin bütün spektorlar üzrə inkişafı üçün unikal imkanlar pəncərəsi açmış oldu. Bu səfər çərçivəsində, daha doğrusu bu görüş çərçivəsində çox mühüm sənədlər imzalandı, mən bunların içərisində ilk növbədə Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan dövlət başçılarının birgə bəyanatını qeyd etmək istəyərdim, bu sənəd nəticə etibarı ilə 3 dost qardaş dövlətin bundan sonrakı əlaqələrin inkişafını yol xəritəsi kimi də, səciyyələndirilə bilər. 
Eyni zamanda ticari iqtisadi əməkdaşlığın haqqında hökümətlər arası sazişi imzalandı və buda 3 dövlət arasında ticari iqtisadi inkişafı üçün yeni imkanlar pəncərəsi açır. Xüsusi ilə də 2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın inkişafı ilə bağlı razılaşma əldə edildi. Eyni zamanda gömrük əməkdaşlığına dair enerji əsaslı əməkdaşlığı ilə bağlı, nəqliyyat sahəsində mühüm sənədlər imzalandı. 
Xüsusi ilə energetika sahəsində əməkdaşlığın inkişaf etdirməsi ilə bağlı, qarşılıqlı anlaşmaya dair qurumlar arası memorandum imzalanmasını qeyd etmək lazımdır. Bu sənədin imzalanması ilə faktiki olaraq Azərbaycan, Türkiyə və Türkmənistan arasında energetika sahəsində əməkdaşlığın inkişafı ilə bağlı çox mühüm hüquqi baza yaranmış oldu. Perspektivdə Türkmənistan qazının Azərbaycan və Türkiyə vasitəsi ilə Avropa bazarına salınması haqqında ilkin razılaşmalar əldə edildi və yaxın perspektivdə yenidən 3 dövlətin liderlərinin görüşəcəyi və bu istiqamətdə daha konkret addımların atılacağı gözlənilir.
Gundelik-Baku.Org