İnciklik 5 il sonra bitdi

İnciklik 5 il sonra bitdi
Xalq artistləri Aygün Kazımova və Tünzalə Ağayeva 5 il sonra barışıb.
OLAY yazır ki, inciklik ötən gün Kazımovanın doğum günündə baş tutub. T.Ağayeva sənətçinin ad gününə təşrif buyurub. Onlar orada görüşərək küsülülüyə son qoyublar.
Qeyd edək ki, müğənnnilər arasında qalmaqal “ATV maqazin onlarla” verilişində başlamışdı.  Sənətçi Kazımovanın onun ünvanına dediyi “Bakı payızı”ndan sağ qalanları görəndə qabaqlarına qaçıb salam verirdik. Biz gözləmirdik ki, onlar bizə “salam” versin. Tünzalənin mahnıları təkrardır” sözlərinə görə ondan incimişdi.
“Qarşı tərəfdən nə görürəmsə, eyni, layiqli cavabını verirəm. Mən sayqını da, sayqısızlığı da cavabsız qoymuram. Qarşılıq varsa, öpüb gözümün üstündə qoyuram. Yoxdursa, məndən o öpücükləri gözləməsin. Yəqin nəsə olub... Heç bir səhnədə özünü ulduz adlandıran insan başqalarını özünə borclu saymasın. Hər kəs bir çətinliklərdən keçib gəlir. Tünzaləni Allah bu səhnəyə gətirib, heç kimin 10-15 balı yox. “Pakı payızı”nda münsiflər simvolik idi. Tünzaləyə 1 xal vermək mümkün deyildi. 10 almalıydı, başqa variant yox idi. Tünzalə təkrarçılıqla məşuldur” deyir, olsun”, - deyə, T.Ağayeva bildirmişdi.

Gundelik-Baku.Org