Tünzalə keçmiş ərindən danışdı: “Əleyhimə pulla yazılar yazdırırdı”

Tünzalə keçmiş ərindən danışdı: “Əleyhimə pulla yazılar yazdırırdı”
Xalq artisti Tünzalə Ağayeva şəxsi həyatı ilə bağlı danışıb.
“O kimdir?” layihəsinin qonağı olan sənətçi keçmiş əri ilə bağlı bir sıra açıqlamalar verib:
“Hansı qadın özünə ayrılıq arzulayır? Həyatı özüm qurdum, valideynlərim razı deyildi. O qədər xeyir-dualı ailələr görürük ki, alınmır. Bilmək olmur”.
İfaçı ərinin onun haqda sifarişli yazılar yazdırdığını iddia edib:
“Onun dəstəkçiləri var idi. Qəsdən yönləndirilmiş planlar var idi. Bəzi jurnalistlər buna getmişdi. İnsanı tanımadan haqqında səhvlər yazmaq, pulu alıb evinə aparmaq nə dərəcədə məntiqlidir?”
Gundelik-Baku.Org