Fanatı səhnədə Coniyə hücum etdi

Fanatı səhnədə Coniyə hücum etdi
Rusiyada populyarlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) Türkmənistanda konsert verib.
OLAY yazır ki, Aşqabadda minlərlə izləyicisinin qarşısına çıxan sənətçi səhnədə çətin anlar yaşayıb.
Buna qadın fanatlarından birinin səhnədə ona hücum edib, qucaqlaması səbəb olub. Sözügedən anlar sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edək ki, eyni konsertdə türk müğənni İrem Derici də səhnə alıb.

Gundelik-Baku.Org