“Hüseyn Londonu istəsə də, mən Dubaya göndərdim”

“Hüseyn Londonu istəsə də, mən Dubaya göndərdim”
Xalq artisti Röya Ayxan oğlu Hüseynin Dubayda təhsil aldığını açıqlayıb.
OLAY yazır ki, bu barədə o, “Səhər mərkəzi” verilişində danışıb. Röya deyib ki, Hüseyn Londonda oxumaq istəsə də, məsafəyə görə, Dubayı seçiblər:
“Hüseynin təhsili çox gözəl keçir. Gedən günü Dubayda ağlamağa başladım. Dedim, mən necə əlimlə uşağı bura qoyuram? Necə anayam? Amma mən onun təhsili üçün bu addımı atmalıydım, çünki oğlan uşağıdır. Onun da, mənim də arzularım var idi. Ondan soruşdum ki, haranı istəyirsən? London deyirdi. Lakin söylədim ki, sənin yanına tez-tez gedib-gələ bilməyəcəm. Birdən nəsə oldu, yanına gəlmək çox vaxt çəkəcək. Araşdırdıq, seçimimiz Dubay oldu. Ora iki saatlıq yoldu. Apardım ki, orada yaşasın, dostları artsın, başqa millətlə tanış olsun. Bu da bizim ölkə üçün yaxşıdır ki, oxumuş, təhsilli vətəndaş olacaq”.

Gundelik-Baku.Org