Oğlu toyuna çox adam çağırmaq istəmir

Oğlu toyuna çox adam çağırmaq istəmir
Xalq artisti Brillant Dadaşova oğlu Cahadla bağlı açıqlama verib.
OLAY yazır ki, bu barədə sənətçi “Evdəkilərə salam” proqramında danışıb. Dadaşova deyib ki, evlənəcəyi qızı övladı özü seçməlidir:
“Ona deyəndəki toyunda filankəs oxuyacaq, filankəsi çağıracağıq. Belə şeyləri sevmir. Deyir evlənəndə də 10-15 nəfər bəsdir. Əvvəl öz ürəyincə olsun, intelektual cəhətdən bir-birilərinə maraqlı olsunlar. Anası işli-güclü olub ki, gəlin də elə olsun? Mən çox təmizkaram, amma vaxtım olmayıb ki, durub evdə iş görüm. Çünki həmişə sənətimlə bağlı işdə olmuşam və köməkçimiz olub. Atası da, oğlum da stəmizkardır. Bu o demək deyil ki, bizə işli-güclü gəlin lazımdır. Xeyr. Özü baxsın da”.
Gundelik-Baku.Org