“Məni böyük bəladan xilas etdiniz”

“Məni böyük bəladan xilas etdiniz”
Əməkdar artist Aygün Bəylər Prezident İlham Əliyevin onun ev problemini həll etməsindən sonra təşəkkür videosu paylaşıb.
OLAY yazır ki, sənətçi görüntüləri instaqramda izləyicilərlə bölüşüb.
“Salam, əziz xalqımız, dünənki sevincimi video vasitəsilə sizinlə paylaşmaq istədim. Göydə Allah, yerdə sizin dualarınız məni sağlamlığıma qovuşdurdu. Hörmətli Prezidentimiz, Birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondu sizə də sonsuz minnətdaram, çox sağ olun.

Qarşınızda baş əyirəm, məni böyük bəladan xilas etdiniz. Böyük bir sıxıntıdan məni qurtardınız”, - deyə, Bəylər qeyd edib.
Xatırladaq ki, ifaçı bir neçə il öncə öz solo konsertini təşkil etmək üçün evini girov qoymuşdu. Lakin konsert “Günəşli” yatağında baş verən faciə ilə üst-üstə düşdüyündən bu, baş tutmamışdı. Nəticədə Aygün Bəylər həmin məbləği itirmişdi.

Gundelik-Baku.Org