Tünzalə Türkiyədə yeni mahnısını təqdim etdi

Tünzalə Türkiyədə yeni mahnısını təqdim etdi
Xalq artisti Tünzalə Ağayeva Ankarada səhnə aldığı tədbirdə yeni layihəsini təqdim edib.
Bu barədə sənətçi sosial şəbəkə hesablarında məlumat yayıb.
“Əbədi zəfərimiz, mübarək. Şəhidlərimizə rəhmət , qazilərimizə şəfa , sağlıq diləyirəm. Şanlı Ordumuzun əsgərini Allah qorusun. Sevinc və qürur hissləri ilə Ankarada “Kara harp okulu” səhnəsində qazilərimizin, şəhid ailələrimizin, hərbçilərimizin qarşısında, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin, Türkiyyə Milli Müdafiyə Naziri Hulusi Akarın,Türkiyədəki səlahiyyətli səfirimiz Rəşad Məmmədovun iştirak etdiyi möhtəşəm “Kardeşlik Zaferi “ində çıxış etdim. “İki qardaş “adlı Azərbaycan -Türkiyə qardaşlığına həsr etdiyim yeni layihəmi qürur və həyacanla təqdim etdim. Sözləri Rəşad Məcid və İmdat Avşara (Xəlil Rza Ulutürk şeirindən səslənmə), musiqisi mənə məxsusdur”, - deyə, Ağayeva bildirib.

Gundelik-Baku.Org