Gürcüstanın bütün gömrük postları xüsusi iş rejiminə keçdi

Gürcüstanın bütün gömrük postları xüsusi iş rejiminə keçdi
Gürcüstanın bütün gömrük postları xüsusi iş rejiminə keçirilib.
“Novosti-Georgia” xəbər verir ki, xüsusi rejim bu gündən qüvvəyə minib. Gürcüstanın bütün sərhəd-keçid məntəqələrində gömrükçülərin sayı artırılıb, bütün məntəqələr gecə-gündüz işləyir.
Həmçinin, gürcü tərəfi beynəlxalq yük dövriyyəsində axsamaların qarşısını almaq üçün Türkiyə, Azərbaycan və Ermənistan gömrükləri ilə əlaqə saxlayır.
Sentyabrın 21-dən etibarən Gürcüstan-Rusiya quru sərhədində, Yuxarı Larsda Gürcüstana getmək istəyən Rusiya Federasiyası vətəndaşlarının çoxlu kilometr növbələri yaranıb. Bu, Rusiyada qismən səfərbərlik elanı ilə bağlıdır.
Gundelik-Baku.Org