Cavanşir Məmmədovun Türkiyə vətəndaşının qalmaqallı məhkəməsi başladı

Cavanşir Məmmədovun Türkiyə vətəndaşının qalmaqallı məhkəməsi başladı
Bakı Ağır Cinayətlər Məhkəməsində əməkdar artist Cavanşir Məmmədovun Türkiyə vətəndaşı Mustafa Kəmal İbiliyə qarşı iddiası üzrə məhkəmə iclası keçirilib.
“Yeni Sabah” xəbər verir ki, hakim Əhməd Əliyevin sədrliyi ilə baş tutan məhkəmə prosesində təqsirləndirilən şəxsin anket məlumatları elan olunub və prokuror ittiham aktını elan edərək işin məhkəmədə araşdırılmasını deyib. 
Daha sonra Cavanşir Məmmədovun vəkili vəsatətlər qaldırıb. O Mustafa Kəmal İbilinin proses barədə mediaya məlumatlar ötürməsini C. Məmmədovu şikayətindən geri çəkilməyə məcbur etmək kimi qiymətləndirdiyini bildirib. Vəkil həmçinin Mustafa İbilinin polis nəzarətində olması qətimkan tədbirinin həbslə əvəz olunmasını istəyib. 
Vəsatətlər məhkəmə tərəfindən təmin olunmayıb.
Məhkəmənin gedişində Mustafa İbili ifadə verib. O bildirib ki, C. Məmmədovun qızı Xatirə Məmmədova ilə 2018-ci ildə Feysbuk vasitəsilə tanış olub və evlənmək üçün Bakıya gəlib: 
“Bakıya gəldikdən sonra özümlə gətirdiyim 60 min dolları Xatirə ilə xərclədim. Lakin onunla evlənmədik. 
200 min dollara qədər pulumu xərclədi. Qardaşıma aid 135 min dollar da həmin pula daxil idi. 3 il yarım da mən Cavanşir Məmmədovun evində yaşamışam. Evin qarşısında ayda 500 manat verib kirayə qalsam da axşamlar Cavanşir Məmmədovun evində yaşamışam. Heç kimdən pul istəməmişəm. 
Xatirə Məmmədova atasında aldığı pulu mənim adıma olan bank hesabına yatırdı. İddia edirlər ki, mənə 140 min dollardan çox pul veriblər. Yalandır. Mənə pul verilməyib. Sadəcə hesabıma yatırdılıb. Bu da heç 100 min dollar etmirdi. Bank çıxarışı ilə razı deyiləm. Təkrar yoxlanılmasını istəyirəm. İddia etdiklərindən az pul yatırıblar. Hesabdakı pulun bir qisminə birjadan səhm aldım. Digər qismini də Xatirə Məmmədovanın israrı ilə çıxarılaraq onun özünə verilib”.
Məhkəmənin növbəti iclası oktyabrın 20-nə təyin edilib.
Xatırladaq ki, Mustafa Kəmal İbili ilə bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. 
Gundelik-Baku.Org