Manatın real məzənnəsi 8,5 faiz yüksəlib

Manatın real məzənnəsi 8,5 faiz yüksəlib
Bu il manatın nominal və real məzənnəsində yüksəlmə müşahidə edilir. 

Mərkəzi Bank xəbər verir ki, 2022-ci ilin avqustunda manatın nominal məzənnəsi 16,41 faiz, real məzənnəsi 8,47 faiz yüksəlib. 

Nominal məzənnə manatın digər bir ölkənin valyutasına qarşı olan məzənnəsini ifadə edir. Son vaxtlar dolların bahalaşması manatın da məzənnə dəyərinin yüksəlməsinə səbəb olur. 

Real məzənnə isə müqayisə olunan ölkələrdə inflyasiya səviyyəsi də nəzərə alınmaqla hesablanmış məzənnədir. Manatın real məzənnəsinin yüksəlməsi o deməkdir ki, Azərbaycanda mal və xidmətlərin dəyəri ticarət tərəfdaşları olan ölkələrlə müqayisədə daha çox yüksəlib. Deməli, ölkəmizdə xarici bazarlarla müqayisədə eyni növ məhsullar daha bahadır. 
Gundelik-Baku.Org