Ajda Pekkan əməliyyat olundu

Ajda Pekkan əməliyyat olundu
Türkiyəli müğənni Ajda Pekkan evində bədbəxt hadisə ilə üzləşib.
76 yaşlı müğənni yıxılaraq, omba sümüyünü  sındırıb. Qısa zamanda pop ulduz xəstəxanaya çatdırılıb və  təcil əməliyyata  alınıb. 
Hazırda Pekkanın səhhətinin yaxşı olduğu bildirilir. Hadisədən sonra müğənninin meneceri  sosial şəbəkə hesabında Ajdanın  noyabrdakı bütün konsertlərinin ləğv edildiyini açıqlayıb. 
Gundelik-Baku.Org