Şakiranın bu paylaşımı diqqət çəkdi

Şakiranın bu paylaşımı diqqət çəkdi
45 yaşlı dünya şöhrətli müğənni Şakira xəstəxanada müalicə olunan 91 yaşlı atası Uilyam Mebarak Çadidin fiziki müalicəyə dəstək verərkən çəkdiyi videonu izləyiciləri ilə bölüşüb.
Müğənni atasına ayaqlarını tərpətməyə kömək edərkən çəkilən görüntülərini sosial şəbəkədə paylaşıb. 
Sözügedən videoda kolumbiyalı müğənninin atasının ayaqlarını öpməsi də diqqət çəkib.
Şakiranın bu paylaşımına izləyiciləri tərəfindən çox sayda bəyəni və  şərh gəlib.  

Gundelik-Baku.Org