Emel Sayından estetik etiraf

Emel Sayından estetik etiraf
TRT Radyo1-də yayımlanan 'Qum saatı' verilişinin qonağı Yeşilçamın Mavi Muncuğu Emel Sayın olub. Şəxsi həyatı ilə bağlı açıqlamalar verən Emel Sayın estetikaya qarşı olmadığını bildirib.
Emel Sayın qonaq olduğu proqramda səmimi açıqlamalar verib. Türk Klassik Musiqisinin əfsanəvi səsi "Estetikaya qarşısınızmı?" sualına ilk dəfə bilinməyən detalı izah etdi.
Emel Sayın bu ifadələri işlətdi, “Mən bəd nəzərlərə inanıram. Etiraf edim ki, botoks var. Başqa heç nə edə bilmirəm, qorxuram.
Daha doğrusu, bir gün tam qərarımı verdim, həkimlə görüş təyin etdim və getdim. Həkim nə edəcəyimi deyəndən sonra arxaya baxmadan qaçdım. Sonra həkimimə zəng edib üzr istədim”.
Emel Sayın, “Bilinməyənlər və həyatım haqqında kitabım çox yaxında işıq üzü görəcək.
Zaman-zaman xoş xatirələr, kədərlər, məyusluqlar, xoşbəxtliklər... Hamsının bir araya gəldiyi bir həyat” deyən o, sevənlərinə kitabının məzmunu haqqında qısa məlumat verib.
Gundelik-Baku.Org