“Gah barışırıq, gah da..." - Natavan Həbibi

“Gah barışırıq, gah da..." - Natavan Həbibi
"Hazırda boşanma prosesləri gedir. Evin içində olan söhbətləri efirdə danışmağın yeri olmadığını düşünürəm".
Bu barədə müğənni Natavan Həbibi "MTV maqazin" proqramında danışıb.
Belə ki, ifaçı keçmiş həyat yoldaşı reper Dadonun onun ikinci dəfə ana olacağını və atasının o olmadığı ilə bağlı fikirlərinə heç bir cavab vermək istəmədiyini bildirib: “Bütün bunlar yaşanıb, alınmayıb və bitib. Biz neçə ildir bu boşanma prosesi ilə məşğuluq. Sadəcə olaraq alınmır bir az. Gah barışırıq, gah sənədlər gəlmir, gah özü məhkəməyə gəlmir. Biz əvvəldən dost olmuşuq, indi də valideynik. O, həmişə gəlir və uşaqla vaxt keçirir. Mən onun övladının anasıyam, hörmət də həmişə var”. 
Qeyd edək ki, eks-cütlüyün Zeyd adlı 2 yaşlı oğlu var.
Gundelik-Baku.Org