Günay İbrahimli ailə qurur?

Günay İbrahimli ailə qurur?
Müğənni Günay İbrahimli "Özəl" proqramına qonaq olub.  
Müğənni verilişdə şəxsi həyatı və karyerası barədə danışıb. 
"Keçmiş görüntülərimə baxmıram. Səsimi də sevmirəm. Danışanda kənarda səsimi eşitməyi xoşlamıram. Televiziyada qonaq olandan sonra özümə baxmıram. Baxanda səhv tapıram. Əvvəl çox danışırdım, indi danışmıram".  
Həmçinin, Günay aparıcı Kazım Sübhanın "İllər əvvəl dedin ki, Aygün Kazımova, Röya Ayxandan sonra mənəm" sözlərinə belə reaksiya verib:
"Bir insanın məqsədi yoxdursa, uğur qazanmaz. Bir şeyi ürəkdən istəyəndə, olacaq. Hər şeyin zamanı var. Hər zaman məqsədli olmuşam. Butik arzulayırdım, oldu. İndi arzulayıram ki, gözəl bir ailə həyatım olsun. O da olacaq. Karyeramda yaxşı yerdəyəm, biznesimi qurdum". 
Gundelik-Baku.Org