Əri Ebru Şallını avtomobildə döydü

Əri Ebru Şallını avtomobildə döydü
Model Ebru Şallı həyat yoldaşı, iş adamı Uğur Akkuş tərəfindən döyülüb.
Cütlüyün İstanbul gəzintisi zamanı mübahisələri fiziki şiddətə çevirilib.
Avtomobildə Uğur tərəfindən döyülən Ebru qarşıda avtomobildə olan cütlüyün müdaxiləsindən sonra başqa yerə aparılıb. Akkuş isə əsəbi şəkildə məkandan uzaqlaşıb. Hadisə yerinə Təcili Yardım çağırılıb.
Şallı məkana gələn polislərə isə “O, mənim həyat yoldaşımdır. Şikayətçi deyiləm”, - deyə, bildirib.
Qeyd edək ki, cütlük 3 ildir evlidir. Ötən aylarda fırıldaqçılıq ittihamı ilə haqqında 8 il 4 ay həbs xəbərləri çıxan Uğur uzun müddətdir maddi problemlər yaşayır. 45 yaşlı keçmiş modelin boşanma qərarı aldığı bildirilmişdi.

Gundelik-Baku.Org