Bu da Şeymanın toy dəvətnaməsi

Bu da Şeymanın toy dəvətnaməsi
Türkiyəli sosial media fenomeni Şeyma Subaşı uzun müddətdir münasibətdə olduğu misirli iş adamı Mohammed Alsaloussi ilə evlilik hazırlıqları görür. 

Türkiyə mətbuatının xəbərinə görə, daha əvvəl toya bir neçə gün qalmış ayrılmaq qərarına gələn cütlük ötən aylarda münasibətlərinə ikinci şans verib.

Toy dəvətnaməsini instaqram hesabında yayımlayan Şeyma Subaşı "Xoşbəxtlik bir seçimdir və mən xoşbəxtəm. Hərdən bunları paylaşıram. Hər nə isə, çox həyəcanlıyam” sözlərini yazıb.

Qeyd edək ki, Ş. Subaşı Türkiyənin tanınmış aparıcı-prodüseri Acun Ilıcalının keçmiş həyat yoldaşıdır. Onların bu evlilikdən Melisa adlı qızları var.
 
Gundelik-Baku.Org