Arvadını öldürən azərbaycanlı kişi 24 il həbsdə qalacaq

Arvadını öldürən azərbaycanlı kişi 24 il həbsdə qalacaq
Türkiyənin Trabzon şəhərində arvadınıı öldürən azərbaycanlının cəzası bəlli olub.
"Qafqazinfo" xəbər verir ki, məhkəmənin qərarı ilə 34 yaşlı Elvin Umayev ömrünün 24 ilini həbsxanada keçirəcək.
Hadisə bu ilin aprel ayında baş verib. E.Umayev həyat yoldaşı, 38 yaşlı Turanə Umayevanı tapança ilə başından vuraraq öldürüb.
Hadisəyə səbəb kimi E.Umayev bildirib ki, həyat yoldaşı onu uşaqları ilə görüşməyə imkan vermədiyindən bu addımı atmağa qərar verib.
Gundelik-Baku.Org