Xoşqədəmlə əri evlərindən canlı yayıma çıxacaq - Video

Xoşqədəmlə əri evlərindən canlı yayıma çıxacaq - Video
Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı və müğənni həyat yoldaşı Doğuş ARB TV-də yeni veriliş aparacaqlar.
“Günaydın, Azərbaycan” adlı proqramın ilk buraxılışı oktyabrın 29-da efirə gedəcək.
Veriliş cütlüyün evindən canlı yayımlanacaq.
Qeyd edək ki, “Günaydın, Azərbaycan” Əməkdar mədəniyyət işçisi Zaur Baxşəliyev və həyat yoldaşı Günay Baxşəliyevanın ATV-dəki “Zaurla Günaydın” verilişi ilə eyni saatda yayımlanacaq.   
Eyni zamanda X. Hidayətqızının “Səni axtarıram” verilişi həftəiçi yayımını davam etdirəcək.







Gundelik-Baku.Org