Moldova - Azərbaycan oyununun vaxtı dəqiqləşdi

Moldova - Azərbaycan oyununun vaxtı dəqiqləşdi
Futbol üzrə Moldova və Azərbaycan yığmaları arasında keçiriləcək yoldaşlıq matçının dəqiq vaxtı bəlli olub.
AFFA-nın rəsmi saytı xəbər verir ki, noyabrın 16-da Kişineudakı "Zimbru" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 20-də Skopye şəhərindəki “Todor Proeski Milli Arena”da Şimali Makedoniya ilə üz-üzə gələcək.
Gundelik-Baku.Org