UEFA Kubokunun qalibi 42 yaşında dünyasını dəyişib

UEFA Kubokunun qalibi 42 yaşında dünyasını dəyişib
Ukrayna millisinin sabiq futbolçusu Boqdan Şerşun 42 yaşında dünyasını dəyişib.
Bu barədə ukraynalı jurnalist Vladimir Zverov sosial şəbəkə hesabında paylaşım edib.
Veteran hücumçunun ölümünün səbəbi açıqlanmayıb.
Peşəkar karyerasını 2014-cü ildə başa vuran B. Şerşun Rusiyanın MOİK, Ukraynanın "Dnepr", "Arsenal", "Krivbass" və "Volın" klublarının formasını geyinib. 369 rəsmi oyunda meydana çıxan keçmiş futbolçu MOİK-in heyətində ikiqat Rusiya çempionu və ölkə kubokunun, eləcə də 2005-ci ildə UEFA Kubokunun (hazırkı Avropa Liqası) sahibi olub.
Gundelik-Baku.Org