Azərbaycan millisinin üzvü Rumıniya Kubokunun qalibi oldu

Azərbaycan millisinin üzvü Rumıniya Kubokunun qalibi oldu
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban Rumıniya Kubokunun qalibi olub.
28 yaşlı oyunçunun çıxış etdiyi “CSM Luqoj” finalda “CSM Tarqoviste”ni 3:1 (25:16, 26:24, 22:25, 25:21) hesabı ilə üstələyib.
Ruban bu qarşılaşmanın ən yaxşı voleybolçusu seçilib.
Qeyd edək ki, “CSM Luqoj” cari mövsüm ölkə çempionatında bürünc medala da sahib çıxıb.
Gundelik-Baku.Org