Bayden Pelenin ailəsinə başsağlığı verdi

Bayden Pelenin ailəsinə başsağlığı verdi
ABŞ prezidenti Co Bayden 82 yaşında vəfat edən üçqat dünya çempionu Pelenin ailəsinə başsağlığı verib.
O, bu barədə "Twitter"də  paylaşım edib. 
"Dünyanı birləşdirən idman üçün Pelenin təvazökar başlanğıclardan futbol əfsanəsinə qədər olan yolu mümkün olanların hekayəsidir. Bu gün Cill və mən Pelenin ailəsi və onu sevənlərin hamısına başsağlığı verirəm”, - Bayden yazıb.
Əfsanəvi futbolçu dekabrın 29-da 82 yaşında dünyasını dəyişib. 
Pele tarixdə üç dəfə (1958, 1962, 1970) dünya çempionu olmuş yeganə futbolçudur.
Gundelik-Baku.Org