"Napoli" 65 ildən sonra antirekordunu təkrarlayıb

"Napoli" 65 ildən sonra antirekordunu təkrarlayıb
İtaliyanın "Napoli" klubu 65 ildən sonra antirekordunu təkrarlayıb.
Neapol təmsilçisi 1958-ci ildən sonra ölkə kuboku matçında doğma meydanda 4 top fərqi ilə məğlub olub.
Komanda ötən gün 1/8 finalda "Frozinone"yə uduzub - 0:4.
"Napoli" 1958-ci ildə bu turnirdə "Latsio"ya eyni hesabla yenilmişdi.
Qeyd edək ki, noyabrın ortalarında Valter Madzarri komandanın "sükanı arxasına" keçib. O, bu postda Rudi Qarsiyanı əvəzləyib.
Gundelik-Baku.Org