Benites "Napoli"yə qayıda bilər

Benites "Napoli"yə qayıda bilər
Luçano Spalletti "Napoli"nin baş məşqçisi postunu tərk etməyə hazırlaşır.
“La Gazzetta dello Sport” xəbər verir ki, Rafael Benites Spallettini “Napoli”nin baş məşqçisi kimi əvəz edə bilər - De Laurentis bir müddətdir onunla əlaqə saxlayır. PSJ-nin baş məşqçisi Kristof Qaltye də komandaya rəhbərlik edə bilər.
Can Piero Qasperini (“Atalanta”), Vinçenzo İtalyano (“Fiorentina”) və Antonio Konte də nəzərdən keçirilir.
Daha əvvəl məlum olmuşdu ki, Spaletti "Napoli"dən ayrılmaq istəyir - onun De Laurentislə münasibətləri korlanıb. Luçano yeni müqavilə təklifini qəbul etməyib.
Bu mövsüm “Napoli” 33 ildən sonra ilk dəfə İtaliya çempionu olub.
Gundelik-Baku.Org