"Liverpul" rekordunu təkrarlayıb

"Liverpul" rekordunu təkrarlayıb
İngiltərənin "Liverpul" klubu rekordunu təkrarlayıb.

Mersisayd təmsilçisi buna UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda evdə Avstriyanın LASK komandasını məğlub etməklə (4:0) nail olub.

“Qırmızılar” cari mövsüm doğma meydanda keçirdiyi 10 qarşılaşmanın hamısında qalib gəlib. Klub tarixində dördüncü dəfə bunu bacarıb. "Liverpul" 1893/1894 (16 qələbə), 1972/1973 (11) və 1985/1986 (13) mövsümündə bu rəqəmə çata bilib.

Qeyd edək ki, mersisaydlılar Avropa Liqasında E qrupunda 12 xalla liderdir. Komanda Premyer Liqada 28 xalla üçüncü pillədə qərarlaşıb.
Gundelik-Baku.Org